Ana səhifə
24 Sentyabr 2018

Milli Şuranın bitməyən “Mitinq Operası”

Azər Həsrət: “Milli Şura adlı qurumun etiraz aksiyası hədəfinə çata bilməyəcək.”

Əli Orucov: “Bu mitiqlərin belə sönük, zəif, qeyri-mütəşəkkil keçməsi iqtidarın təbliğatına arqumentlər verən haldır”



Məlum olduğu kimi Milli Şura mitinqə hazırlaşır. Artıq mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. 27 oktyabr mitinqindən sonra ayrı-ayrı partiyaların hədəfinə tuş gələn Milli Şuranın yenidən belə bir addım atması ağılsızlıq hesab olunur. Ekspertlər belə hesab edirlər ki, müxalifətin öz varlığını hansısa etiraz, tələb yönümlü mitinqlərlə göstərməsi artıq o dərəcədə adiləşib ki, istər-istəməz gülünc doğurur. Bir çox kluarlarda Milli Şuranın nəyə görə ermənilər tərəfindən qanunsuz məhkəməsi aparılan soydaşlarımız üçün heç nə etmədiyi önə çəkilir. Eyni zamanda belə etirazların dəqiq səbəblərinin bəlli olmadığı qeyd olunmaqla yanaşı, daha çox sıravi üzvlərinin zərər çəkdiyi qeyd olunur. Eksepertlər bu gün Milli Şuraya daxil olan partiya üzvlərinin istefa vermələrini məhz sıravilərin daha çox ziyana düşmələri ilə əlaqələndirir. Bu gün hətta Milli Şura adı altında müxalifətin birlik nümayiş etdirə bilməməsi sərgilədikləri etiraz mitinqlərində də özünü biruzə verir. Bu baxımdan, Milli Şuranın növbəti mitinqindən də gözləntilər çox zəifdir. Bu, müxalifətin növbəti uğursuzluğu kimi qeyd olunur. Belə hesab olunur ki, bu daha çox hansıa xarici qrumların diqqətini çəkməyə yönəlsə də, heç bir nəticəsi olmayacaq.
CASCFEN direktoru Azər Həsrət bildirdi ki, bu gün Milli Şuranın planlaşdırdığı mitinqin heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, adətən belə tədbirlər üçün ictimai sifariş mühiti olmalıdır: “Yəni hansısa sosial problemlər, aktual siyasi tələbatlar olmalıdır ki, insanlar küçələrə çıxıb etiraz etsinlər. Azərbaycanda isə bunun üçün səbəblər yoxdur. Bu baxımdan düşünürəm ki, Milli Şura adlı qurumun etiraz aksiyası hədəfinə çata bilməyəcək. Hər halda, bir müddət öncə keçirdikləri aksiyanı nəzərə alsaq, indidən deyə bilərik ki, ayın 10-u üçün nəzərdə tutulan aksiya daha zəif və maraqsız olacaq. Bunu yəqin ki, təşkilarçılar da bilir. Bəs onda niyə bu aksiyaya gedirlər? Sadəcə imitasiya üçün. Dünyaya göstərmək istəyirlər ki, baxın, biz mübarizə aparırıq”.
AMİP yetkilisi Əli Orucov bildirdi ki, bu mitinqdən və bundan əvvəlkilərdən də heç nə gözləmir. Onun sözlərinə görə, belə aksiyaların keçirilməsi daha çox iqtidarı faydalandıra bilər. Çünki müxalifətin zəiflədiyi ortaya çıxdıqca, iqtidarın güclü olduğu daha görünür. “Bu mitiqlərin belə sönük, zəif, qeyri-mütəşəkkil keçməsi iqtidarın təbliğatına arqumentlər verən haldır. Bu onu deməyə əsas verəcək ki, Milli Şuranın sosial bazası yoxdur, ikinci xalq müxalifətin arxasınca getmir, üçüncüsü bizdə demokratiya mövcuddur və bu demokratik prinsiplərini vacib elementlərindən olan kütləvi aksiyalar keçirmək haqqı tanınır. Halbuki indiyədək beynəlxaql ictimaiyyətin Azərbaycan iqtidarını sərt tənqid edərkən gətirdikləri arqumentlərdən biri də vətəndaşların, xüsusən də müxalifətə sərbəst topılaşma azadlığının verilməməsi idi”.
Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli bildirdi ki, demokratik cəmiyyətlərdə insanların öz fikirlərini azad və sərbəst bildirməsi üçün müxtəlif formalar mövcuddur. O, bu mənda müxalifətin hər hansı problemlərlə bağlı mitinqlər keçirməsinə normal yanaşmağın lazım olduğunu dedi. “Çünki beynəlxalq aləmdə mitinqlər ölkənin demokratik imicinə qiymət vermək üçün meyar kimi qiymətləndirilir. Milli Şura mitinqlər vasitəsilə ictimai rəydə heç nə dəyişə bilmədi. Amma düşünürəm ki, beynəlxalq aləmin diqqətini Azərbaycana çəkə bildi və bunun da iki nəticəsi oldu. Birincisi, gördülər ki, Azərbaycanda demokratiya var və müxalifətin mitinq keçirməsi mümkündür. İkincisi, ölkə daxilində insan hüquqlarının pozulduğu barədə rəy yaradıldı.
Mitinqlər vasitəsilə problemlərin həll ediləcəyi indiki dövrdə mümkün deyil. Biz bunu digər ölkələrin təcrübəsindən də bilirik. Hətta aksiyalar indi ölkə daxilində xaos, vətəndaş müharibəsi və s. arzu olunmayan hallara qədər gətirib çıxarır. Ona görə də ən yaxşı variant dialoq vasitəsilə problemlərin həllinə çalışmaqdır. Ümid edirəm ki, Respublikamızda buna daha çox əhəmiyyət veriləcək”.

T.Qafarlı

Tarix
4 Noyabr 2014 [20:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin