Ana səhifə
21 Noyabr 2018

Ermənilərin “Avrasiya İttifaqı isterikası”

Rasim Ağayev: “Avrasiya İttifaqı” deyən Ermənistan, “Qərbin ətəyini” buraxmır”


Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan mətbuata verdiyi müsahibəsində ölkəsinin Avrasiya İttifaqına qoşulması üçün Rusiyaya yalvardığını deyib. Nazir müavini həmçinin, Avrasiya İttifaqına girməkdə tələsik və gözüyumulu qərar verdiklərini bildirib. Onun sözlərinə görə, qazaxlara görə oktyabrın 1-ə qədər ermənilərin saziş bağlayıb - bağlamayacağı məlum deyildi. Qazaxlar bu ittifaqa Türkiyəni və Azərbaycanı gətirmək istəyirdilər. Erməniləri bu ittifaqda görmək istəyən yeganə ölkə Rusiya idi. Qazaxıstanın bu istəyi gerçəkləşdirilsəydi təbii ki, Avrasiya İttifaqı Azərbaycanı beynəlxalq tanınmış sərhədlərlə qəbul edəcəkdi və onun öz ərazisi üzərində nəzarətini bərpa etməsini dəstəkləyəcəkdi. Daha sonra İrəvanın ermənilərə paytaxt kimi icarəyə verilməsi üzrə 99 illiyə bağlanmış sazişin bitdiyi 2017-ci il gələcəkdi və Ermənistan paytaxtını Gümrüyə köçürmək barədə düşünməli olacaqdı. Yəni ermənilər bütün bunları görərək Moskva qapılarında yatırdılar ki, Avrasiya İttifaqına girməklə özlərini bu bəd öncəgörmənin cəngindən qurtarsınlar. Buna görə də, istənilən şərtlər daxilində Avrasiya İttifaqına girməyə hazır olan Ermənistan iqtisadi zərəri vecinə də almadı və Rusiyaya arxalandı. Amma son araşdırmalar göstərir ki, Ermənistanın “arxasını dirədiyi” bu divar başı öz problemlərinə qarışdığından sadəcə çəkilə bilər.
Politoloq Rasim Ağayev hesab edir ki, ermənilər tərəfindən belə fikirlərin səslənməsi bütün hallarda onların özlərini Qərb və digər təşkilatlar qarşısında göstərməyə çalışmasıdır. Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin həmsədr dövlətləri tərəfindən dəstəkləndiyini gördükcə, ikili siayasətini davam etdirir. “Dünyaya göstərməyə çalışırlar ki, guya Rusiyanın əlində çarəsiz qalıblar. Eyni zamanda yaxşı bilirlər ki, Qərb regionda möhkəmlənmək üçün lazım gələrsə Ermənistandan da bir vasitə kimi istifadə etməyə çalışır. Ona görə də, Ermənistan Avrasiya İttifaqına daxil olmasına baxmayaraq, əlini “Qərbin ətəyindən” buraxmır. Eyni zamanda da etibarlı müttəfiq kimi Rusiyaya o dərəcədə güvənmədiklərini təbliğ edir, öz “düşüncələrndə” Qərbin, Avropanın yanında olduğunu göstərməyə çalışırlar”.
Politoloq hesab edir ki, məhz belə yanaşmlar, prezidentlərin Paris görüşündən sonra Fransadan Ermənistanı öz mövqelərinə yaxınlaşdırmaları barədə fikirlər səsləndirməyə sövq edə bildi. Politoloq digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqına daxil olma prosesində Rusiyanın Azərbaycanı və Qazaxısatanı daha çox yanında görmək istəyində olmasını önə çəkməsini də şirnikləndirici amil saydı.
“Bununla istər Avropaya, Qərbə Azərbaycanın Rusiyaya meyillənməsini təqdim etməklə, ölkəmizə qarşı “xal” toplamağa çalışırlar. Əks halda hamıya - Qərbə, Avropaya da yaxşı bəllidir ki, Ermənistan Rusiyadan tam asılı bir dövlətdir. Onun icazəsi olmadan bir addım belə kənara ata bilməz. O da bəllidir ki, Rusiya Ermənistanı idarə edir və bu ölkələrin həmin ittifaqda olması hər iki dövlətin xeyrinə olan bir məslədir. O da bəllidir ki, Ermənistan iqtisadiyyatı çox ağırdır və əhali sosial vəziyyətinin ağırlığı üzündən başqa ölkələr üz tuturlar. Ona görə də, burda əsasən geopolitik maraqlar rol oynayır. Böyük güclər regionda öz istəklərinə nail olana qədər münaqişəli vəziyyəti saxlamaqla, müəyyən birliklər hesabına öz “oyunlarını” oynamağa çalışacaqlar”.
Politoloq bildirdi ki, hətta ermənilər Rusiyanın əleyhinə hansısa bir fikir işlədə bilirsə, bu yalnız həmin tərəfin razılığı ilə baş verir. Onun sözlərinə görə, Ukrayna hadisələri ilə bağlı dünyanın diqqətini özünə cəlb edən Rusiya regiondakı gücünü nümaqyiş etdirməklə yanaşı, guya münaqişənin həllində vasitəsi olan dövlətlərin əslində eyni maraqla olduğunu göstərdi.
Politoloq dedi ki, regionda artıq kartlar açıqdır. Onun sözlərinə görə, həmsədr dövlətlərini sanki nə Dağlıq Qarabağ münaqişəsi, nə də Ukrayna hadisələri narahat etmir. “Onlar regionla bağlı münaqişələrin qalmasında hələ ki, maraqlı görünürlər. Bu mənda Ermənistanda Avrasiya İttifaqı ilə bağlı qurduğu “xəyallar” daha çox daxili ictimaiyyət üçün hesablanmış ola bilər”.

T.Qafarlı

Tarix
4 Noyabr 2014 [12:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin