Ana səhifə
21 Sentyabr 2018

Azərbaycanda banklarla bağlı qorxunc STATİSTİKA

Ucnoqta.az” xəbər verir ki, 9 ay ərzində problemli kreditlərin payı və həcmi artmaqda davam edib. Oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi rekord həddə - 973,2 milyon manata çatıb. Cari ilin 9 ayında belə kreditlərin həcmi 180,4 milyon manat və ya 22,8% artıb. Problemli kreditlərin 79%-i manatın payına düşüb. Uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 56%-ə yaxın olub. Ümumi kreditlərdə problemli kreditlərin payı 5,5% təşkil edib.

 

 

Eyni zamanda bankların aktivləri azalıb. Oktyabrın 1-i tarixinə ölkə banklarının aktivləri əvvəlki ayla müqayisədə 41 milyon manat azalaraq 23,6 milyard manata düşüb. Azalmağa səbəb müxbir hesablardakı vəsaitlərin və investisiyaların azalmasıdır. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin azalması da aktivlərin azalmasını şərtləndirib.

 

Əmanət qoyuluşu da azalıb. 9 ayda artıq üçüncü aydır ki, əmanət qoyuluşunda azalma müşahidə edilir. Sentyabrda əmanət qoyuluşu 33 milyon manat azalaraq 6959,7 milyon manata düşüb. Azalma həm milli, həm də xarici valyuta üzrə baş verib. Uzunmüddətli əmanətlər 4,7 milyon manat artdığı halda qısamüddətli əmanətlər 37,9 milyon manat azalıb.

 

Mənfəətlə işləyən bankların sayı artıb. Sentyabr ayında daha 2 bank mənfəət əldə edib və bununla onların sayı 38-ə yüksəlib. Zərərlə işləyən bankların sayı müvafiq olaraq 6-ya düşüb.

Tarix
4 Noyabr 2014 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin