Ana səhifə
20 Sentyabr 2018

Avropada Qarabağ müzakirəsi

Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi vəzifəsinə təyin olunmuş Federika Mogerini Avropa Parlamentinin deputatları qarşısında dinləmədən keçib. 
ANS PRESS-in məlumatına görə o, fəaliyyət prioritetləri barədə danışarkən, Avropa İttifaqının (Aİ) ahəngli siyasət yürütməsinin və vahid mövqedən çıxış etməsinin vacibliyini deyib. 
İtaliyalı xanım Şərq Tərəfdaşlığı siyasətində çətinliklərin olduğunu və region ölkələri, eləcə də həmin ölkələrin vətəndaşları ilə yaxından işləməyin əhəmiyyətinə toxunub. 
Sloveniyalı deputat İvo Vayqlın Aİ-nin Dağlıq Qarabağ kimi münaqişələrin beynəlxalq hüquqa uyğun şəkildə həllinə hazır olub-olmadığı barədə sualına cavab verərkən F.Mogerini bildirb ki, Aİ buna hazır olmalı, münaqişələrin qarşısının alınması mexanizmlərini işləyib hazırlamalıdır. 
Avstriyalı deputat Ulrika Lunatsek Cənub Qaz Dəhlizi və Cənub Axını boru kəmərləri ilə bağlı sual ünvanlayıb. 
F.Mogerini Cənub Axınının Aİ tərəfindən dəstəklənmədiyini, bunun üçün siyasi şərtlərin bir araya gəlmədiyini, əvəzində isə Azərbaycandan qaz idxal edən Cənub Qaz Dəhlizinin prioritet olduğunu bəyan edib: "Bizim Azərbaycanda iri həcmli sərmayəmiz var və onlar enerji təchizatımızın diversifikasiyası üçün onlara ehtiyacımızın olduğunu bilirlər."
Fransalı deputat Emerik Şoprad isə Azərbaycan daxil olmaqla bölgə ölkələrinin Aİ üzvlüyünün ABŞ tərəfindən diqtə olunduğunu söyləsə də, F.Mogerini bu iddianın ciddi olmadığını diqqətə çatdırıb.

Tarix
7 Oktyabr 2014 [10:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin