Ana səhifə
23 Sentyabr 2018

Mehriban Əliyeva görüş keçirdi +FOTOLAR

Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın ölkəmizdə səfərdə olan xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. 
 

 

Ucnoqta.azTrend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirib, Azərbaycan-Macarıstan əməkdaşlığının bir çox sahələri əhatə etdiyini vurğulayıb. Mehriban Əliyeva iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi vurğulayıb. Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən danışan birinci xanım səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu söyləyib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeşt şəhərində Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusu tikilir. “Azərbaycan-Macarıstan mətbəxi” kitabının çap olunduğunu deyən birinci xanım gələcəkdə də belə layihələrin sayının artırılmasının vacibliyini diqqətə çatdırdı və Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto ölkəmizin iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib. Nazir hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib, Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini bildirib.

 

Tarix
4 Noyabr 2014 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin