Ana səhifə
23 Sentyabr 2018

Azərbaycançılıq milli ruhu qorumağın, inkişaf etdirməyin, milli dövlətçiliyin əsasıdır

Ümummilli liderin dövlətçilik konsepsiyasının əsas strateji xəttini, fəlsəfi qayəsini həmrəylik, bütövlük, milli birlik ideyaları təşkil edir
Ulu öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurətini həmişə önə çıxarıb. I qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın birləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətlərinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Milli Məclis isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul etdi. Dövlət komitəsinin yaradılması və qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi. Beləliklə, xalqımızın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi hər il yüksək səviyyədə qeyd olunması ulu öndərin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Bu əlamətdar tarixi gün məhz milli ideologiyamız olan “azərbaycançılıq” ideologiyasının təntənəsidir. Ümummilli lider Heydər Əliyev dövlətin təkcə öz ərazisində yaşayanlar soydaşlarımızın deyil, həm də bütün dünyadakı azərbaycanlılar üçün Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün soydaşlarımızın ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməli olduqlarını xüsusi vurğulamışdır. Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının, milli mənlik şüurunun intibahı istiqamətində göstərdiyi xidmətlər indi hər bir azərbaycanlı tərəfindən səmimiyyətlə etiraf olunur. Ümummilli liderin dövlətçilik konsepsiyasının əsas strateji xəttini, fəlsəfi qayəsini də məhz həmrəylik, bütövlük, milli birlik ideyaları təşkil edir. O, bütün dövrlərdə milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək və fəaliyyətini milli-mənəvi həmrəylik kontekstində qurmaq üçün var gücü ilə çalışıb. H.Əliyevin idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq və ziyalılıq milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması, milli dövlətçiliyin əsasıdır. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. SSRİ-nin süqutundan sonra milli mənlik şüuru bir çox siyasətçilər üçün gözlənilmədən yüksək aktual əhəmiyyət kəsb etməyə başladı. Bir çox milli təsisatlar müxtariyyət və milli özünütəyinetmə yolunu tutdular. Bu dövrdə baş verən hadisələrin gedişi göstərdi ki, belə milli mənlik şüuru sosial tamlığı təmin etmədiyindən onun əsasında gerçək sosial ziddiyyətləri aradan qaldırmaq mümükün olmur. Nəticədə milli birlik əvəzinə keçmiş imperiyalarda islahatlar aparmaq cəhdləri uğursuzluqla nəticələndi və reallıqda bütün milli münasibətlər sisteminin zəifləməsinə aparan milli separatizm meylləri gücləndi. İnsanın milli, etnik və dini mənsubiyyəti onun üçün həmişə sosial mənsubiyyətindən üstün tutulmuşdur. Məhz buna görə də ümummilli liderimiz Heydər Əliyevin “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini dahi uzaqgörənliklə söylənilmiş dəyərli fikirlər kimi qəbul edirik. Zəmanəmizin böyük siyasi və dövlət xadimi, filosof və mütəfəkkiri olan Heydər Əliyevin irəli sürdüyü və inkişaf etdiridiyi azərbaycanşılıq ideologiyası milli müstəqillik dövründə yaranmış ideoloji boşluğu nəinki bərpa etmiş, həm də milli dövlətçiliyin etibarlı təməli olmaqla dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm təminat yaratmışdır. Heydər Əliyevin millətlərarası həmrəylik konsepsiyasına əsaslanan bu ideologiya Azərbaycan dövlətçiliyin strateji proqramı və ideoloji əsasıdır. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq, cəmiyyətin bütövləşməsi naminə azərbaycançılığı milli həmrəyliyin aparıcı amilinə çevirmiş və mükəmməl bir ideoloji konsepsiya səviyyəsində onun fəlsəfi və siyasi əsaslarını işləyib hazırlamışdır. Azərbaycançılıq ideyasının əsas məzmununu xalqımızın, milli-mənəvi dəyərlərinə hörmət, vətənə, torpağa bağlılıq duyğuları təşkil edir. Azərbaycançılıq milli özünüdərkin, etnik şüur, qan yaddaşı intibahının elmi-fəlsəfi və ideoloji ifadəsidir. Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür. Heydər Əliyev ideyalarının həmişəyaşar olmasını təmin edən ən mühüm hadisələr sırasında onun nəzəri-ideoloji irsi dayanır. Azərbaycan –türk əsaslı Azərbaycan xalqının tarixi vətəni, dünyanın qədim etnokulturoloji mərkəzlərindən biridir [3,7]. Azərbaycan azəri türklərinin tarixən məskunlaşdığı ərazidir. Ölkə əhalisinin 90%-dən çoxunu azəri türklərindən ibarət olan bu xalq öz ərazisində 20-dən çox etnik azlıqlara yaşamaq hüququ vermiş, onların vətəndaşlıq hüquqlarını daim qorumuşdur. Azərbaycançılıq millətçilik və şovinizmdən fərqli olaraq Vətən qayəli sivil, demokratik, humanist və tolerant ideologiyadır. Bu ideologiya çoxmillətli ölkə olan Azərbaycanda etnik 5 birgəyaşayışa xüsusi önəm verir, milli azlıqların hüquq və azadlıqlarının qorunmasına hüquqi təminat yaradır. Ulu öndərin siyasi uzaqgörənliklə formalaşdırdığı bu mütərəqqi ideologiya milli təəssübkeşliklə vətənpərvərliyin sintezidir. O, hər hansı millətin azlıqda olan digər etnoslar üzərində hakim roluna deyil, bərabərhüquqlu birgəyaşayışa və güclü dövlətçilik amalına önəm verir. Azərbaycançılığın əsas qayəsi milli özünüdərk və milli mənlik şüuru əsasında milli mentallığı qoruyub saxlamaqdan, ayrı-ayrı etnosların mədəniyyətlərarası dialoqu və sintezi əsasında onları dövlətçiliyə bağlılığı və sədaqətini təmin etməkdən, separatçı və ekstremist meyllərinin kökünü kəsməkdən ibarətdir. Bu gün azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanda dayanıqlı cəmiyyət və dövlətin formalaşması prosesinin ayrılmaz elementinə çevrilmişdir. Bu ideologiya cəmiyyətin və dövlətin inkişafı, siyasi sabitliyi və milli maraqlarına təminat yaradan güclü ideologiyadır. 
Müstəqil Azərbaycanın indiki geosiyasi vəziyyəti və erməni təcavüzü ölkəmizdə azərbaycançılıq ideologiyasına əsaslanan milli razılıq konsepsiyasının gerçəkləşdirilməsi zərurətini irəli sürür.

 

Tarix
5 May 2016 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin