Ana səhifə
19 Noyabr 2018

Avtomobil şirkəti nazirliyi məhkəməyə verir

Ucnoqta.az” xəbər verir ki, "Mazda” avtomobillərinin satışını həyata keçirən "Rotary Motors" şirkəti İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə verəcək.

 

 

Səbəbi adı çəkilən qurumun şirkətə qarşı 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq etməsidir. "Rotary Motors"da bu qərarın əsassız olduğunu bildirirlər.

 

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir qədər əvvəl reklam bazarında araşdırmalar apararkən "Mazda CX-9" markalı avtomobilin "İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür" məzmunlu reklamında yalan reklam əlamətləri aşkarlandığını bildirmişdi. Xidmətin bildirdiyinə görə, bu reklamda "Mazda CX-9" markalı avtomobilin kreditlə əldə edilməsi üçün 40% ilkin ödənişin tələb edilməsi barədə informasiya gizlədilib. "Reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu halda, reklamda avtomobilin kreditlə satış qiymətinə faiz tətbiq edilməməsi təsəvvürünün yaradıldığı müəyyən edilib"-deyə nazirliyin məlumatında bildirilirdi.

 

"Rotary Motors" şirkətində isə bu iddiaların əsassız olduğunu və bunu məhkəmədə sübut edəcəklərini bildiriblər. Şirkətdən fins.az-a bildiriblər ki, əvvəla reklam KİV-də yayımlanmamaşıdan qabaq həmin avtomobillər və onların satış şərtləri haqqında televiziyalarda süjet verilib ki, burda da ətraflı məlumat yer alıb: "Digər tərəfdən, reklamda yanlışlığı iddia olunan 0 % müştərilərin banka ödəməli olduğu faizlərin şirkət tərəfindən ödənilməsi ilə bağlıdır".

 

Nəhayət, "Rotary Motors"da bildirirlər ki, haqqında danışılan reklamla bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanlayan fiziki şəxsin elektron poçtu saxtadır. Şirkət bildirir ki, bütün bunları və yayılan məlumatın şirkətin imicinə mənfi təsirini nəzərə alaraq məhkəmə iddiası qaldıracaq: “Haqlı olduğumuzu sübut eləməklə yanaşı, haqqımızda antireklam aparanlardan təzminat da tələb edəcəyik”.

Aznews.az

Tarix
4 Noyabr 2014 [10:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin