Ana səhifə
21 Noyabr 2018

Azərbaycan deputatları Avropaya gedir

Millət vəkilləri müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər

 

Noyabrın 4 və 5-də Avronest Parlament Assambleyasının Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, iclaslarda Azərbaycanın millət vəkilləri Elxan Süleymanov, Azər Kərimli, Rasim Musabəyov və Azay Quliyev iştirak edəcəklər.

Komitələrdə demokratiya, yaxşı idarəetmə və sabitlik, Şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə dair təhdidlər, Avropa İttifaqı ilə iqtisadi inteqrasiya və yaxınlaşma, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələri arasında birgə nəqliyyat layihələri sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, "Şərq tərəfdaşlığı" çərçivəsində mədəniyyətlərarası dialoq və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

Səfər noyabrın 6-da başa çatacaq.

 

 

Elməddin

Tarix
4 Noyabr 2014 [10:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin