Ana səhifə
20 Sentyabr 2018

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanıb. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir.
  Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülüb. 
 Artıq tamaşa Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın bütün  bölgələrində, 20 ali və 10 orta ixtisas məktəbində nümayiş olunub.
Aprel ayında tamaşa Şuşa 1 saylı şəhər məktəbində və Zəngilan  Mədəniyyət idarəsində  nümayiş olunub, may ayında isə isə Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə 5 rayonda qastrol səfərində olacaq.
02 may, saat 14.00-da Oğuzda 
03 may, saat 11.00-da Qaxda
03 may, saat 14.00-da Şəkidə
04 may, saat 12.00-da Balakəndə
05 may, saat 12.00-da Zaqatalada

 

Tarix
2 May 2016 [17:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin