Ana səhifə
17 Noyabr 2018

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayı üçün növbəti – dördüncü Beynəlxalq səfərinə hazırlaşır.  May ayının 28-dən – iyun ayının 2-dək davam edəcək qastrol səfəri Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Böyük Britaniyada  fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək. 
2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər. 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov başda olmaqla may ayının 28-də  yola düşəcək.
Nümayəndə heyətinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək. 

 


  

                                                                  

Tarix
29 Aprel 2016 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin