Ana səhifə
16 Noyabr 2018

Şurada 2015-ci il qrant müsabiqəsinin istiqamət və şərtləri müzakirə olunub- FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəlikdə rəhbərlik etdiyi qurumun 2015-ci il birinci maliyyə müsabiqəsinin mövzuları, maliyələşdirdiyi xarici QHT-lərin layihələrinin yekunlarına həsr edilən beynəlxalq konfransın keçirilməsi və daxil olan layihələr haqqında məsələlərin olduğunu bildirib.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə duran birinci məsələ haqqında ətraflı məlumat verərək Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin birinci maliyyə müsabiqəsi üçün 7 müxtəlif istiqamət üzrə mövzu təkliflərinin hazırlandığını qeyd edib. Fərasət Qurbanov mövzuların bloklar üzrə qruplaşdırıldığını və layihələrin icrasının effektivliyinin artırılması məqsədi ilə bir sıra yeni şərt və qaydaların müəyyən olunduğunu deyib. Katibliyin icraçı direktoru bu dəfəki müsabiqədə qrantların həcminin artırılmasının təklif olunduğunu və QHT-lərin Şuraya həm fərdi, həm də koalisiya şəklində layihələr təqdim edə biləcəyini bildirib.

İclasda çıxış edən Şura üzvləri Sahib Məmmədov, Tahir Süleymanov, Vüqar Qədirov, Əliməmməd Nuriyev və Dilarə Vəliyeva müsabiqənin şərt və qaydaları ilə bağlı təkliflərini səsləndiriblər.

Şura sədri irəli sürülən təkliflərin Katiblik tərəfindən araşdırılaraq nəzərə alınması ilə bağlı tapşırıq verib.

İclasda gündəlikdə duran digər məsələlər müzakirələrdən sonra səs qoyularaq qəbul olunub.

 

 

Emin

Tarix
3 Noyabr 2014 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin