Ana səhifə
21 Noyabr 2018

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Qəbələyə səfər edib

 Şəki şəhərinin  “Türk dünyasının mədəniyyət paytaxtı”  elan olunmasının rəsmi açılış mərasimində iştirak məqsədilə səfər çərçivəsində BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qəbələ rayonuna səfər edib. Nümayəndə heyəti səfər zamanı Qəbələnin tarix və mədəniyyət abidələri və turizm imkanları ilə tanış olublar.
Xatırladırıq ki, 2015-ci ilin noyabr ayında Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısının qərarına əsasən Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətlə 28 aprel 2016-cı il tarixində Şəki şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TURKSOY) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mədəniyyət paytaxtı layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.

Tarix
28 Aprel 2016 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin