Ana səhifə
21 Sentyabr 2018

Azərbaycanın eks-prezidentlərinə xərclənəcək vəsaitin həcmi məlum oldu

Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği açıqlanıb. “Ucnoqta.az” xəbər verir ki, Nazirlər Kabinetindən Modern.az saytına verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsində “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqında” Konstitusiya qanunun icrası üçün 287 min 515 manat xərc nəzərdə tutulub.

 

 

Müqayisə üçün qeyd edək ki, 2014-cü il dövlət büdcəsindən bu məqsədlə 303 min 633 manat vəsait ayrılmışdı.

 

Sabiq prezidentlər və onların ailə üzvlərinin xərcləri 2013-cü ildən başlayaraq dövlət büdcəsindən maliyyələşdirilir. 2013-cü ildə bunun üçün büdcədən 283 min 925 manat vəsait xərclənmişdi.

 

"Azərbaycan Respublikasının keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununu əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

 

Qeyd edək ki, hazırda Azərbaycanda sabiq prezidentlərlə bağlı qanununun verdiyi imtiyazlardan keçmiş dövlət başçısı Ayaz Mütəllibov və mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi yararlanır. Ayz Mütəllibov hər ay hazırki prezidentin aylıq əməkhaqqının 50 faizi qədər 7500 manat (Azərbaycan prezidentinin maaşı 15 min manatdır-red.) müavinət alır.

 

Elçibəyin həyat yoldaşı Həlimə Əliyevata isə ayda Ayaz Mütəllibovun aldığı pensiyanın yarısı qədər - 3750 manat müavinət verilir. Qanunla keçmiş prezident vəfat edibsə, mərhumun ailəsinə eks-prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət verilir.

 

 

Tarix
3 Noyabr 2014 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin