Ana səhifə
17 Noyabr 2018

Yaşayış binalarına tezliklə istilik veriləcək - Rəsmi

Noyabrın 3-dən internat evlərində, xəstəxanalarda, uşaq bağçalarında və orta məktəblərdə istilik sistemi işə salınmasına başlanacaq. 

 

 

Ucnoqta.azxəbər verir ki, bunu "Azadlıq Radiosu"na müsahibəsində “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Onun sözlərinə görə, artıq ölkənin dağlıq ərazilərində istilik sistemi işə düşüb:

“Müvafiq qanunvericiliyə görə, Azərbaycanda istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub. Noyabrın 15-dən aprelin 15-nə qədər. Amma havalar kəskin soyuyarsa, istilik təchizatına tez başlana bilər. İndi havalar soyuduğundan göstəriş vermişik ki, dağlıq ərazilərdə artıq istilik təchizatına başlansın”.

Mənzilləri istilik sistemi ilə təmin edən qazanxanaların işə salınması isə bundan sonra olacaq. Rafiq Əliyev deyir ki, uşaq bağçalarının üstündə yerləşən yaşayış binalarına istilik veriləcək:

“Çünki qazanxana birdir, uşaq bağçasına istilik veriləndə bağçanın üstündəki yaşayış binasını ayırmaq olmur. Digər yaşayış binalarına da istilik verilməsi mərhələli şəkildə həyata keçiriləcək”.

Rafiq Əliyev konkret tarix söyləməsə də, yaşayış binalarına da tezliklə istilik veriləcəyini deyir.

“Azəristiliktəchizat”ın sözçüsü deyir ki, bu il ölkədə 3500-ə yaxın yaşayış binası istilik sistemi ilə təchiz olunacaq:

“Amma hələ də istilik sisteminə qoşulmayan binalar var, 2014-16-ci illər Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf proqramına uyğun mərhələli şəkildə onlarda da istilik sistemi qurulacaq.

Rafiq Əliyev  həbsxanalarla bağlı fikir bildirərkən onların balansında olmadığını bilirib:

"Biz bir neçə təcridxanaya xidmət göstəririk, onlarda da istilik verilməsinə bu gündən başlanır. "

 

Tarix
3 Noyabr 2014 [18:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin