Ana səhifə
19 Noyabr 2018

Qarabağ danışıqları ilə bağlı rəsmi açıqlama

Elmar Məmmədyarov: “Danışıqların vacib şərti Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasıdır və vasitəçilər bununla razıdırlar”

 

 

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarsyan arasında keçirilmiş görüşdə böyük irəliləyiş müşahidə olunmayıb, lakin Fransa Prezidentinin böyük sülh sazişi üzərində işə başlamağın vaxtı çatdığı barədə bəyanatı artıq tərəqqidir. Bunu bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib. Onun sözlərinə görə, hələ razılaşdırılmayan məsələlər üzərində işi davam etdirmək lazımdır. E.Məmmədyarov qeyd edib ki, dekabrın əvvəlində İsveçrənin Bazel şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək: "İclas çərçivəsində Dağlıq Qarabağ münaqişəsi tərəflərinin XİN rəhbərlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır". Nazir əlavə edib ki, danışıqların vacib şərti Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasıdır və vasitəçilər bununla razıdırlar.

Nazir brifinqdə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşündən və Azərbaycan və Macarıstan arasında qurulan ikitərəfli əlaqələrdən danışıb. Onun sözlərinə əsasən, danışıqlar səmərəli keçib və tərəflər ikitərəfli və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər: "Ölkələrimiz arasında yaxşı əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək barədə razılığa gəldik".

E. Məmmədyarov vurğulayıb ki, Bakı-Budapeşt birbaşa hava əlaqəsi də Azərbaycan və Macarıstanın ikitərəfli əlaqələrinin inkişafına öz töhfəsini verir. Hər iki ölkənin xarici işlər nazirləri Azərbaycan və Macarıstanın strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlarını da deyiblər. Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərinə hazırlıq görülür və səfər çərçivəsində bu sazişin imzalanması gözlənilir: "Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır və ölkələr arasında iqtisadi əlaqələr sürətli templə inkişaf edir".

 

P.Siyarto qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi 17 faiz artıb: "Azərbaycan Prezidentinin səfərindən gözləntilərimiz böyükdür".

 

Nazir əlavə edib ki, Macarıstan "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanla əməkdaşlığa da böyük əhəmiyyət verir.

 

 

Tahirə

Tarix
3 Noyabr 2014 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin