Ana səhifə
24 Sentyabr 2018

Azərbaycan müasir dünyəvi dövlət quruculuğunun nümunəsidir

Azərbaycan tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşıb
"BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycan paytaxtında keçirilməsi barədə qərarın qəbul edilməsi cənab Prezident İlham Əliyevin nəinki ölkəmizdə, hətta beynəlxalq səviyyədə mədəniyyətlərarası, dinlərarası münasibətlərə verdiyi töhfələri, həmçinin cənab Prezidentin liderliyi ilə xalqımızın çoxminillik multikultural və tolerant mədəniyyətinin artıq dünyada bir nümunə, bir model kimi qəbul edilməsi ilə bilavasitə bağlıdır". Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun birinci gününün yekunları üzrə mətbuat konfransında deyib. O, qeyd edib ki, Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Prezident tərəfindən 2015-ci ilin 24 iyul tarixində sərəncam imzalanıb: "Dəfələrlə Təşkilat Komitəsinin iclasları keçirilib və Foruma hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib. Ötən ilin sentyabr ayında və cari ilin 20-27 fevral tarixində BMT və BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdə olub, tədbirin keçiriləcəyi məkanlara baxış keçirib və dövlət qurumları, Təşkilat Komitəsinin üzvləri ilə görüşlər keçiriblər". Nazir bildirib ki, keçən dövr ərzində Forumun və Azərbaycanın dünya mədəniyyətləri arasında dialoq qurmaqda əhəmiyyətli yeri, cənab Prezident İlham Əliyevin liderliyi və rəhbərliyi ilə həm ölkə səviyyəsində, həm də beynəlxalq miqyasda həyata keçirilən multikulturalizm siyasəti, Bakı Prosesi barədə xarici ölkələrdə təqdimatlar keçirilib: "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb".
 Bundan əvvəl isə nazir bildirmişdi ki,  tolerantlıqdan əlavə, inklüziv cəmiyyətlərdə milli azlıqların insan haqlarına hörmət göstərilməsi həmin milli azlıqların yaşadıqları cəmiyyətlərdə özlərini tam və bərabərhüquqlu üzv kimi hiss etməsinə kömək edir. "Bunun əksinə olaraq, ayrı-ayrı insanlar və icmalar öz təhlükəsizlikləri və ictimai həyatda tam iştirak imkanları xüsusunda getdikcə daha çox qeyri-müəyyənliklə rastlaşdıqları zaman, etimadsızlıq halları baş verir. Ümumiyyətlə, cəmiyyətdən təcridolunma və sosial narazılıq insanlarda çaşqınlıq hissini gücləndirir və buna görə də bu cür hallar radikal düşüncə tərzlərini qidalandıraraq insanları, xüsusilə də gəncləri zorakı ekstremizmə sövq edir". Ə.Qarayev əlavə edib ki, bu baxımdan Qlobal Forum ev sahibi olaraq Azərbaycan fərqli mədəniyyətə, dini dünyagörüşünə malik insanların əsrlər boyu birgə yaşadıqları inklüziv ölkə modelidir: "Azərbaycan xalqının tarixi tolerantlığı və digər xalqlara münasibətdə göstərdiyi anlayış, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi rəhbərliyi sayəsində müxtəlif dini və etnik mənsubiyyəti olan insanlar bu ölkənin inkişafı naminə bir yerdə, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Eyni zamanda həm islam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan hər iki sivilizasiyanın mədəni-mənəvi dəyərlərini qəbul edərək "sivilizasiyalararası körpü" rolunu oynayır. Bu gün Azərbaycan malik olduğu möhkəm mədəni ənənələr əsasında müasir dünyəvi dövlət quruculuğunun nümunəsi olmaqla yanaşı, sivilizasiyaları bir-birinə yaxınlaşdırmağa, qlobal miqyasda qarşılıqlı anlaşma atmosferini yaratmağa da öz töhfəsini verir.
Nazir vurğulayıb ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu sahədə Azərbaycan örnəyini nümayiş etdirməklə bərabər, hazırda dünyada baş verən prosesləri qiymətləndirməyimiz üçün mühüm bir imkandır: "Təəssüflə qeyd etməliyik ki, bu gün dünyada etnik və dini zəminli qarşıdurmalarla müşayiət olunan neqativ proseslərin çoxu ayrı-ayrı xalqlara xas olan və əsrlər boyu formalaşmış mədəni ənənələri, dəyərləri, baxışları, həyat tərzini, dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Yalnız dialoq, qarşılıqlı ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini təhlil etməyə, yaranmış mürəkkəb vəziyyətdən birgə çıxış yolları tapmağa kömək edə bilər. Qlobal Forumun mövzusu da bu məram üzərində köklənmişdir. İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd". Forum "birgə yaşayış" məfhumunun "inklüziv" cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək".
Nazir tədbirdə iştirak edən gənclərə minnətdarlığını bildirib. Ə.Qarayev vurğulayıb ki, Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılıb: "Çünki Azərbaycan tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşıb".
Ə.Qarayev bildirib ki, Azərbaycanda da minlərlə gənc müharibə nəticəsində valideynlərini itirib. Nazir dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib. Ə.Qarayev qeyd edib ki, beynəlxalq forum çərçivəsində gənclər üçün tədbirin keçirilməsi də nəzərdə tutulur. Bunun üçün müxtəlif ölkələrdən tədbirə qoşulmaq arzusunu bildirən 7 min nəfər arasından 250 iştirakçı seçilib: "Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Dünyanın 100-dən çox tanınmış şirkətinin iştirakı ilə Qlobal Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu da keçiriləcək: "Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Forumda mətbuat üçün də əhatəli proqram nəzərdə tutulub. Bura həm forumun işıqlandırılması, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyalar daxildir".
 Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da çıxış edib. O bildirib ki, hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşib. Dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulması sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdiddir. Dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq. Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və onların ciddi təhlükəyə çevrildiklərini deyən Azad Rəhimov bildirib ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir. İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır.
Tədbir iştirakçılarının Forumun keçirildiyi müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqlarını bildirən nazir gənclərin irəli sürdüyü təşəbbüs və təkliflərin dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Tarix
26 Aprel 2016 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin