Ana səhifə
18 Noyabr 2018

Erməni generala cavab

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) erməni general Manvel Qriqoryannın dediklərinə cavab verib. 
 

Ucnoqta.azxəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, erməni general Manvel Qriqoryanın azərbaycanlı girovların güllələnməsi tələbinin heç bir beynəlxalq normaya sığmadığını deyib. 

Qeyd edək ki, Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş Eçmiadzin quldur dəstəsinin üzvü, sonradan buna görə heç bir hərbi təhsili olmadan general çininə çatdırılmış Manvel Qriqoryan ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıları güllələməyi tələb etmişdi. 

Məlumata görə, həm də erməni parlamentinin deputatı olan Qriqoryan bu barədə İrəvanda söhbət etdiyi jurnalistlərə bildirib. 

Xatırladaq ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb.(ANS PRESS)

Tarix
3 Noyabr 2014 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin