Ana səhifə
13 Noyabr 2018

“Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar"

Kamilə Əliyeva: "Azərbaycan sivilizasiyalararası dialoqa və multikultural dəyərlərin qorunmasına mühüm töhfələr verir"

Milli Məclisin deputatı Kamilə Əliyevnın müsahibəsini sizə təqdim edirik.
- Kamilə xanım, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq dialoq məkanına çevrildiyini göstərir. Bu yaxınlarda keçirilən IV Qlobal Bakı Forumunu, o cümlədən aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu bu mənada xüsusi qeyd etmək lazımdır. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan və pozitiv imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunlara paralel olaraq Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.
Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət - ayrı-ayrı təşkilatlar, siyasətçilər, dövlət xadimləri əminliklə ifadə edirlər ki, Azərbaycan mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bildiyiniz kimi, 10-11 mart tarixində Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilib. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib ki, bütün bunlar Forumun əhəmiyyətini bir daha göstərir. Bu Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirilib. Ümumiyyətlə, ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir, eyni zamanda, qeyd etdiyiniz kimi, paytaxtımızda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aktual sivilizasiyalararası dialoq və müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu platforma kimi xarakterizə edilə bilər. Bu həm də ona dəlalət edir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bununla yanaşı, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Başqa sözlə, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik təmin edilib.
- Yeri gəlmişkən, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu kontekstdə həm multikultural dəyərlər sistemli şəkildə təbliğ edilir, həm də ölkəmizdə multikulturalizm mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərisə ayrı-seçkiliyə məruz qoyan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var.
Beləliklə, Azərbaycanın təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə kimi çıxış edir. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizm ənənələrinin təntənəsi müşahidə edilir.
Onu da qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da Azərbaycan dövlətinin tolerantlıq dəyərlərinə verdiyi önəmi və bu istiqamətdə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Tolerantlıq nümunəsi olan Azərbaycan isə multikulturalizm ənənələri ilə özünəməxsus model formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə qeyd edib: “Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir... Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq”.
Ümumiyyətlə, hazırkı reallıqlar deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir. Müasir dövrdə multikulturalizmin əksinə olaraq, özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
- Kamilə xanım, siz Milli Məclisin Elm və təhsil komitəsinin üzvüsünüz. Parlamentin yaz sessiyası çərçivəsində  “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Hazırda layihə üzərində təkmilləşdirmə işləri aparılır. Layihəyə edilən yeniliklərin elmin inkişafı istiqamətində əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin 2016-cı ildə ilk iclasıında yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Sözügeüdən qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra müəyyən təkmilləşdirmə işləri aparılıb, sənədə bir sıra yeni müddəalar, həmçinin innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr salınıb. Eyni zamanda, dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Daha da dəqiqləşdirsək, elmin inkişafı üçün zəruri avadanlıqların güzəştli şərtlərlə respublikaya gətirilməsi kimi məsələlər təklif edilir. Yeniliklərdən biri də magistr hazırlığı ilə bağlıdır. Magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif edilir.
Bütövlükdə qeyd edə bilərəm ki, layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə, ölkədə və dünyada cərəyan edən proseslərə cavab verir. Yəni burada əks olunan təkliflər elmin inkişafı istiqamətində qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Azərbaycanda elmin inkişafı strateji bir vəzifə kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən tədbirlər paralel olaraq təhsil sisteminin inkişafına da strateji töhfələr verir. Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq Azərbaycanda elmi tədqiqatların prioritetləri ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə istiqamətləndirilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı vəzifəsi vahid strategiyaya uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir.
- Yeri gəlmişkən, “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının iş planına daxil edilib. Ümumiyyətlə, belə bir qanun layihəsini zəruri edən amillər hansılardır?
- Bəli, “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib və bu layihənin hazırlanması məqsədi ilə işçi qrupunun tərkibi təsdiq edilib. Məlumat üçün qeyd edim ki, “Təhsil haqqında” Qanunun 2-ci fəslinin 18-ci maddəsi məktəbəqədər təhsilə həsr edilib. Lakin burada məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi kimi ümumi müddəalar öz əksini tapıb. Yeni qanun layihəsi daha geniş və bilavasitə xüsusi məsələləri ehtiva edir. Bu istiqamətdə müvafiq beynəlxalq təcrübə də öyrənilir. Çünki müxtəlif ölkələrdə məktəbəqədər təhsillə bağlı fərqli və zəngin təcrübələr var, belə təcrübələrin öyrənilməsi müvafiq sahənin inkişafı ilə bağlı müstəsna əhəmiyyət kəsb edir.
Samir

Tarix
25 Aprel 2016 [19:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin