Ana səhifə
18 Fevral 2018

Alemdarın yeni “sağ əl”i

Türkiyədə və Yaxın Şərqdə reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialına yeni aktyor transferi oldu.

 

Ucnoqta.az-ın “anspress.com”-a istinadən məlumatına görə, “Şefkat Tepe” serialında Kordon Cəlil obrazı ilə tanınan aktyor Ərtuğrul Şakar “Vadi”də Polad Alemdarın yeni sağ əli olacaq.

 

Qeyd edək ki, “Şefkat Tepe” serialı Fəthullah Gülənin rəhbərlik etdiyi “Hizmet” hərəkatına aid “Samanyolu” kanalında nümayiş olunurdu. Aktyor Ərtuğrul Şakar isə kanalın hökumətə və Rəcəb Tayyib Ərdoğana qarşı qərəzli mövqe tutduğunu iddia edərək serialdan ayrılmışdı.

 

Film şərhçiləri hesab edir ki, Ərtuğrul Şakar “Kurtlar Vadisi Pusu” serialını səssiz – sədasız tərk edən, Abdulhey Obrazını yaradan aktyor Kənan Çobanın yerini tutacaq.

Tarix
7 Oktyabr 2014 [09:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ