Ana səhifə
20 Noyabr 2018

Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala dəvət alıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti daha bir Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dəvət Rusiya Federasiyası Orenburq vilayətində may ayının 27-dən – iyun ayının 2-dək davam edəcək “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalından gəlib. Bu dəfə kollektiv ölkəmizi artıq bir neçə Beynəlxalq Teatr Festivalında uğurla təmsil etmiş L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası iştirak edəcək.  

Quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər. 
Məlumat üçün bildirək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcəklər. Ilk dəfə 1994-cü ilin yay aylarında baş tutmuş festival Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttiqafı tərəfindən təsis edilib. Festivalın keçirilməsinin əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrin bərpası və daha da möhkəmləndirilməsidir. 
Onu da qeyd edək ki, sözügedən tamaşa 2014-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, RF-in Xalq Artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş Beynəlxalq rejissor laboratoriyasının iştirakçıları olan Rusiya Federasiyanın ayrı-ayrı teatrlarında çalışan rejissorlara təqdim edilib. 
Daim gərgin iş rejimi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayının ilk günündən, iyun ayının 5-dək 4 Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatr səfərə gedərkən yerli tamaşaçılar stasionarda yenə də maraqlı tamaşalarımızı izləyə biləcəklər. 

 

                                                                                     

Tarix
25 Aprel 2016 [15:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin