Ana səhifə
20 Sentyabr 2018

Goranboy qatilinin qardaşı özünü asdı, atasının da ürəyi partladı

Oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakinin qardaşı intihar edib

Ucnoqta.az xəbər verir ki, qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Hüseynov Müzəffər İsaq oğlu özünə qəsd edib. 

R.Hüseynovun 1941-ci il təvəllüdlü atası İsaq Hüseynov oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb. 

Qeyd edək ki, hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb. 

Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub. 

R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

İlkin məlumata görə, hadisəyə səbəb qısqançlıq olub.(ANS PRESS)

Tarix
3 Noyabr 2014 [18:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin