Ana səhifə
19 Noyabr 2018

Dəmir arakəsmə «Mersedes»in önündən girib arxasından çıxdı - FOTO

Qəzada sürücünün bir anlıq şanslı olması sağ qalması ilə nəticələnib

 

 

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, idarəetməni itirən sürücü maşınını dəmir arakəsmələrə çırpıb. Kənar Dairəvi Yolda baş verən hadisə nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. Məlumata görə, Biləcəri qəsəbəsindən Lokbatan dairəsi istimətində hərəkətdə olan “Mercedes” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq yol ayrıcındakı dəmir arakəsmələrə çırpılıb.

Sürət amili və hava şəraitini nəzərə almayan sürücünün törətdiyi qəzada onun bir anlıq şanslı olması sağ qalması ilə nəticələnib. Belə ki, yolayrıcı dəmir lövhə maşının ön hissəsindən keçərək arxa hissəsindən çıxıb. Sürücüyə ilk yardım göstərən hadisə şahidləri onun yüngül xəsarət aldığını bildiriblər. Amma buna baxmayaraq, onu təcili tibbi yardım maşını ilə xəstəxanaya göndəriblər.

Diqqət çəkən məqam isə magistralda son təmir işlərinin bitməsinə baxmayaq, yolayrıcında heç bir xəbardaredici nişanın olmamasıdır. Hətta bəzi sökülən dəmir lövhələr yolun kənarına yığılıb. Bu da təhlükə deməkdir.

Hadisə ilə bağlı araşdırmalar Baş Dövlət Yol Polisi İdarəsində aparılır.

Tarix
3 Noyabr 2014 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin