Ana səhifə
16 Noyabr 2018

Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmoniyasında...

Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalının açılış mərasimi keçirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Qurumun 80 illik yubileyi münasibətilə təşkil olunan bu musiqi tədbirinin proqramının rəngarəng olduğunu söyləyən sədr deyib ki, festival çərçivəsində müxtəlif konsert salonlarında reallaşacaq tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri musiqiləri səslənəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, klassik Azərbaycan musiqisinin, yaradıcılıq potensialının genişləndirilməsində, inkişafında Bəstəkarlar İttifaqı çox böyük və mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələri veriblər.

Sonra Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin konserti olub. Orkestrə Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov dirijorluq edib. Konsertdə, həmçinin Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib.

 

Tarix
3 Noyabr 2014 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin