Ana səhifə
12 Dekabr 2018

Heydər Əsədov Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri ilə görüşüb

Azərbaycanda səfərdə olan Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin rəhbərlik etdiyi nümayındə heyəti bu gün fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmişdir.

 

 

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, daha sonra kənd təsərrüfatı nazirliyində geniş tərkibdə görüş keçirilmişdir. Görüşün məqsədi hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur.

 Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, əhalinin 37-38 faizinin kənd təsərrüfatında çalışdığını, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində kənd təsərrüfatında  böyük nailiyyətlər əldə edildiyini və qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu bildirmişdir. Heydər Əsədov ölkələrimiz arasında başqa sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlığın yüksək səviyyədə olmasının vacibliyini, ölkəmizdə aqrar sahədə Avropa standartlarına uyğun geniş işlərə başlanıldığını, Polşanın aqrar sahədə əldə etdiyi təcrübədən, o cümlədən hər iki ölkənin idxal-ixrac potensialından istifadə olunmasının vacibliyini qeyd edərək aşağıdakı təklifləri nəzərə çatdırdı.

 

Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla Polşa arasında aqrar sahədə əməkldaşlığa önəm verdiyini və potensial əməkdaşlıq sahələri, xüsusilə damazlıq, süd istehsalı, heyvanların identifikasiyası, süni mayalanma, ixrac potensialı barədə geniş məlumat verdi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Polşanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili-səfir əvəzi  Andrzey Kneyfel  iştirak edirdi.

 

Bəhruz

Tarix
3 Noyabr 2014 [17:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin