Ana səhifə
18 Noyabr 2018

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında iştirak etmək üçün dəvət alıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 2-15 may tarixlərində Türkiyənin Trabzon şəhərində keçiriləcək XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün kollektiv səfərə hazırlaşır. Teatr festivalda ölkəmizi məşhur Rumın dramaturqu Matey Vişnekin “Qoca kloun” tamaşası ilə təmsil edəcək.
Fetivalda iştirak etmək üçün yaradıcı kollektiv teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə aprel ayının 27-də Türkiyənin Trabzon şəhərinə yola düşəcək. 2 may tarixində festivalın təntənəli açılış mərasimi, 3 may tarixində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində “Qoca kloun” tamaşası Beynəlxalq Münsiflər heyətinə təqdim olunacaq. 
Quruluşçu rejissoru Əməkdar Artist  Nicat Kazımov olan tamaşada rejissorla yanaşı gənc və istedadlı aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov və Müşfiq Əliyev eyni səhnəni paylaşırlar. İkihissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatını, onların faciəli talelərini əks etdirir.
Məlumat üçün bildirək ki, hər il ənənəvi keçirilən festivalda Türkiyənin məşhur teatr kollektivləri ilə yanaşı, dünyanın bir çox ölkələrinin ən nüfuzlu teatrları iştirak edirlər. 
Səfər müddətində teatrın rəhbəri Mübariz Həmidovun bir neçə xarici ölkə teatr rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

 

Tarix
19 Aprel 2016 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin