Ana səhifə
20 Sentyabr 2018

Hamilə qadını zorlayan şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarından məlum olub ki, Rüfət Mehdiyev ehtiyatda olan baş leytinantdır. Onun bundan öncə Cinayət Məcəlləsinin 228-ci( qanunsuz silah) maddəsi ilə məhkumluğu var və məhkumluq ödənilib. 
R. Mehdiyev hakimlərə, dövlət ittahamçısına etiraz etməyib. Yalnız bildirib ki, vəkili var və gələn prosesdə iştirak edəcək. Buna görə, məhkəmənin hazırlıq iclası aprelin 22-ə qədər təxirə düşüb.
Qeyd edək ki, keçən il  Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma)  maddəsi ilə cinayət işi başlanılıb.
Həmin vaxt  Aliyə Mansurova hamilə olub.
Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 130 (Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180( quldurluq) maddələrinə tövsif edilmiş və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
19 Aprel 2016 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin