Ana səhifə
24 Sentyabr 2018

Hava necə olacaq?

Bakıda və regionlarda havanın yağmurlu olacağı gözlənilir

 

Bu gecədən paytaxt Bakıda və Azərbaycanın rayonlarında hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsməyə başlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 11-16°, Bakıda gecə və gündüz 11-16° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 14-18° isti olacağı gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-5°, gündüz 5-8° isti olacağı gözlənilir.

 

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 12-17° isti olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 14-19° isti olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi 15-20 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-19° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-15° isti olacağı gözlənilir.

 

Oktyabrın 7-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksələcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Tarix
7 Oktyabr 2014 [06:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin