Ana səhifə
20 Sentyabr 2018

Keçmiş azərbaycanlı deputat girov götürülüb

Ukraynanın Luqansk şəhərində keçmiş azərbaycanlı deputat, hazırda iş adamı kimi fəaliyyət göstərən şəxs yaraqlılar tərəfindən girov götürülüb.


 

Ucnoqta.az xəbər verir ki, Luqansk Azərbaycanlıları Konqresindən apa -ya verilən məlumata görə, bu, əslən Bakı şəhərindən olan, Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevdir.

Məlumata görə, A. Vəliyevin oğlu Elşən Vəliyev atasının iki həftəyə yaxındır ki, itkin düşdüyünü deyib. O,  adını çəkmək istəmədiyi şəxslərə istinadən atasını yaraqlılar tərəfindən döyüşən kazakların girov götürdüyünü bildirib.

A. Vəliyev 2006-2010-cu illərdə Luqans vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında bildirib ki, keçmiş deputatın tapılması ilə bağlı yerli qurumlarla birgə araşdırma aparılacaq. 

 

Tarix
3 Noyabr 2014 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin