Ana səhifə
20 Noyabr 2018

“Həm sevimli aktyor, həm sevimli insan idi”

Zərnigar Ağakişiyeva: “İndi də televiziyalarda onun iştirak etdiyi tamaşalara böyük məmuniyyətlə baxırıq”

 

 

Azərbaycanın xalq artisti,  “O, olmasın, bu olsun” filmindən Məşədi İbad obrazı ilə tanıdığımız aktyor Əliağa Ağayevin noyabrın 3-də ölüm ildönümü idi. Aktyor öz adından daha çox tamaşaçıldar arasında Məşədi İbad kimi tanınır. Xalq artisti 1936-cı ildən Gənc Tamaşaçaılar Teatrında, 1961-ci ildən isə Akademik Milli Dram Teatrında işləyib. O vaxtlar Gənc Tamaşaçılar Teatrında ilk və yeganə xalq artisti idi. Deyilənə görə aktyor 70 yaşı ərəfəsində dostları ilə kafedə oturub-gülürmüş. Ə. Ağayev danışdığı lətifəyə ətrafdakılarla birgə ürəkdən gülüb və ürək damarı partlayıb. Dostları əvvəlcə onun ölümünə inanmayıblar, zarafat etdiyini düşünüblər. Amma sonrada aktyorun həqiqətən dünyasını dəyişdiyini bildikdə, gülüş göz yaşları ilə əvəz olunub.

Aktyor canlandırdığı bir çox obrazlarla Azərbaycan kino tarixinə öz izlərini qoyub. Ə. Ağayev haqqında “Üç nöqtə”yə danışan xalq artisti Zərnigar Ağakişiyeva  bildirdi ki, Əliağa müəllim teatrda da çox sevilirdi: “Teatrın daxilində ona qarşı böyük məhəbbət, hörmət vardı. Qastrola rayonlara səfərlərə gedərdik. Hərdən şənlik üçün bizə bir neçə kəlmə xoş sözlər deyərdi. Gülməli bir hadisə danışardı. İnsan kimi çox mehriban və ciddi idi. Hər adamla da danışmazdı. Salam, sağ ol edərdi. Teatra gəlib işini görüb, çıxıb gedərdi. Hər adamla da dostluq etməz, oturub-durmazdı. Ola bilsin iki-üç nəfərədən ibarət oturub-durduğu adam vardı, Mən görməmişəm. Bəlkə də başqası mənim sözlərimin əksini deyəcək. Əliağa Ağayev insani keyfiyyətlərlə zəngin idi. Şəxsiyyətinə, səhnədə aktyorlarla davranışına xüsusi fikir verirdi”.

 

Xalq artisti dedi ki, Əliağa Ağayevlə “Sevgi-sevgi” tamaşasında oynayıb: “O tamaşa ilə məni teatra götürdülər. Biz “Sevgi-sevgi” tamaşasını Salyanda da oynadıq. Onunla yol yoldaşı olduq, bir-birimizi tanıdıq. Salyana gedən zaman çayxanada dayanmalı olduq. Orada bir rəfiqəmin bacısının yoldaşı ilə rastlaşdıq. O, həmin vaxt Bakıya qarpız daşıyırdı. Hal-əhval tutduqdan stolumuzun üstünə böyük bir qarpız qoydu. O gedəndən sonra Əliağa müəllim zarafıatla dedi ki, indi  nə demək istəyirsən. O qarpız sənin üçün gətiriblər? Mən təzə gəlmişdim. Əvvəlcə bu sözlərdən utandım, sifətim qızardı, özümü itirdim. Bunu görən Aliağa Ağayev mehribanlıqla gülümsündə.Onun üzərindəki təbəssümü görüb rahatlandım. Təbii ki, heç mən olmasaydım da Əliağa müəllim üçün qarpızgətirəcəkdilər. Onu rayonda çoxlu insanlar qonaq apardılar”.

Xalq artisti onu xoş insani xüsusiyyələri ilə xatırladığını dilə gətirdi: “Əliağa müəllimi xalq çox sevirdi. İndi də televiziyada onun iştirak etdiyi tamaşalara böyük məmuniyyətlə baxırıq. Həm sevimli aktyor, həm sevimli insan idi. Əliağa Ağayev haqqında ancaq gözəl sözlər demək olar. Məşqlərdə, səhnədə hər kəsə, aktrisalara hörmətlə yanaşardı. Amma o qədər də ünsiyyət bağlamırdı. Teatrda ondan söz düşəndə hər dəfə üzlərdə təbəssüm, qəlblərdə böyük məhəbbət yaranır”.

 

Zərnigar Ağakişiyeva dedi ki,  “O, olmasın, bu olsun” filmindəki “Məşədi İbad” obrazı şedevrdir: “Bu film Azərbaycan kinosunda xüsusi yerə sahibdir. Onun canlandırdığı bütün obrazlarda yüksək peşəkarlıq var.  O “Məşədi İbad” obrazı ilə nəinki Azərbaycanda. bir sıra ölkələrdə də tanındı”.

 

 

Rəqsanə

Tarix
3 Noyabr 2014 [16:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin