Ana səhifə
20 Sentyabr 2018

«Qayınanamı bayramdan bayrama görürəm”

Xatirə İslam: «Belə olanda mehribançılıq, hörmət də yaranır»

 

 

Müğənni Xatirə İslam qayınanasından danışıb. Sənətçi “Onlar” verilişinə açıqlamasında onunla münasibətlərinin hər zaman gözəl olduğunu deyib. X.İslam bir vaxtlar oxuyacağını söylədiyi qalmaqallı mahnının adını da açıqlayıb: “Bu mahnını oxumaq istəmirəm. Çox qalmaqallı mahnıdır. Adı “Qayınananmın adını zəhərli ilan qoydum”. Düzdür, qayınanamla münasibətim çox yaxşıdır. Bu mahnının ona aidiyyatı yoxdur. Onu bayramdan bayrama görürəm. Belə olanda mehribançılıq, hörmət də yaranır. Bizə gələndə sevdiyi yeməkləri hazırlayıram. Hətta onun evinə getməyə vaxtımız olmayanda Fəxrəddini yollayıram. Neçə il övlad böyüdüb, onu atmaq olar? Övlad, arvad tapmaq mümkündür, amma ananı tapmaq olmaz. Qayınanamın 60 yaşı var, necə ona cavab qaytara bilərəm? O özü də elə şərait yaratmaz ki, mən inciyim. Bu, Kibariyənin mahnısıdır. Qorxuram ki, bunu oxuyandan sonra qayınanalar mənə düşmən olar. Düzdür, evdə məsləhətləşdim, dedilər ki, oxu, problem deyil”.

 

Tarix
3 Noyabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin