Ana səhifə
14 Noyabr 2018

Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir Beynəlxalq layihə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaxın günlərdə daha bir Beynəlxalq layihə reallaşacaq. Bir neçə gündən sonra RF-in Əməkdar İncəsənət Xadimi, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Bakıya səfər edərək DGTT-da B.Basanqovun “Qohumlar” əsəri əsasında – V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədiyi eyniadlı tamaşaya quruluş verəcək. Müzikl janrında hazırlanacaq tamaşanın bəstəkarı RF-in Əməkdar İncəsənət Xadimi, Kalmık Dövlət Filarmoniyasının  baş direktoru Arkadi Manjiyev, rəssamı Elşən Sərxanoğludur.
Əsas rollarda Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorları və Kalmık Milli Dram Teatrının aktyorları çıxış edəcəklər.
Tamaşa cari ilin noyabr ayında Kalmık Milli Dram Teatrının 80 illik yubileyi çərçivəsində Azərbaycan və Kalmık teatrları aktyorlarının birgə iştirakı ilə Elista şəhərinin bir neçə rayonlarında nümayiş olunacaq.
Zəngin musiqi nömrələri, maraqlı rəqs elementləri ilə müşaiyət olunacaq  tamaşanın Bakı premyerası bu il iyun ayının 1-ci on günlüyündə nəzərdə tutulub.

Tarix
14 Aprel 2016 [19:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin