Ana səhifə
21 Noyabr 2018

Azərbaycanda ən populyar axtarış sistemləri

“Global Stats” Analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46  faiz bazar payına malik olan “Google.az”dır.

 

 

Ucnoqta.azxəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytının yazdığına görə, ikinci yeri bazar payı 6,64 faiz təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4  faiz bazar payı ilə “Google.com.tr” tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə “Google.com”, 7,09 faizlə  “Yandex.ru”  mövqelərini möhkəmləndirib.

Sonrakı yerləri  “Bing” və “Mail.ru” bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı  28,22 faiz təşkil edib.

Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə  “Android”, 1,56 faizlə isə “Internet Exploer” qərarlaşıb.  

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS)  “Windows” dur. Hazırda Azərbaycanda “Windows 7” ƏS-nin bazar payı 63,01 faiz  təşkil edir.

İkinci yeri 13,45 faizlə “Windows XP”, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən “Android” ƏS tutur. Sonrakı yerlərdə “Windows 8” və  “iOS” əməliyyat sistemləri bərqərar olub. 

 

Bəhruz

Tarix
3 Noyabr 2014 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin