Ana səhifə
14 Noyabr 2018

Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi”nin premyerası olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” tamaşasının premyerası olacaq.  Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, premyera may ayının 7-ə saat 19.00-da nümayiş etdiriləcək. Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsasında hazırlanan eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verib. 

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.   
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev ifa edəcəklər.  
Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir. 

Tarix
13 Aprel 2016 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin