Ana səhifə
16 Noyabr 2018

Maliyyə Nazirliyi müsabiqə elan etdi

Ucnoqta.az” xəbər verir ki, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq və regional maliyyə-kredit təşkilatlarında müxtəlif vəzifələrin tutulması üçün müsahibə elan edir:

 

 

Müsabiqədə iştirak etmək üçün tələblər:

- Namizədlər yaşı 27 –dən 35 -dək Azərbaycan Respublikasının vətəndaşı olmalı;

- Azərbaycan Respublikasının və ya xarici ölkələrin ali təhsil müəsssisələrində iqtisadi sahədə - maliyyə və kredit, mühasibat uçotu, maliyyə menecmenti, hüquq, audit, statistika ixtisası üzrə diploma (bakalavr və ya magistr) malik olmalı;
- Mütləq qaydada ingilis dilini, eləcə də əlavə digər bir xarici dili (şifahi və yazılı) sərbəst bilməli; 
- İxtisas sahəsi üzrə minimum 5 illik iş stajına malik olmalıdır.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
- tərcümeyi-hal;
- ali təhsil haqqında diplomun (bakalavr və ya magistr) notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkələrin ali məktəblərində təhsil almış şəxslər üçün həmin diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyində nostrifikasiya (tanınması) olunması barədə arayış;
- 2 ədəd rəngli fotoşəkil (3 x 4sm ölçüdə).
Sənədlər 25 noyabr 2014-cü il tarixinədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatının Kadrlar şöbəsinə təqdim olunmalıdır.
 

Bəhruz

Tarix
3 Noyabr 2014 [15:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin