Ana səhifə
17 Noyabr 2018

Avropada ilk dəfə 30 ölkənin iştirakı ilə festival keçirilir

Türkiyənin Bodrum şəhərində hər il olduğu kimi, bu il də 17-ci  “Bodrum Rəqs Festivalı” 24-29 may 2016-tarixləri arasında baş tutacaq. İncəsənət nümayəndələri, rəqqaslar, jurnalistlər və könüllülərin iştirakı ilə keçiriləcək festivala 24 Avropa ölkəsindən nümayəndələr həm təşkilatçı, həm də iştirakçı qismində qatılacaqlar. Azərbaycandan AGAT və Yaddaş təşkilatının birgə əməkdaşlığı nəticəsində  AGAT fəalı Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadə Festivalın işində yaxından iştirak edəcəklər. Gənc fəallar 6 həftə ərzində Avropa Könüllülük Xidməti (EVS) çərçivəsində festival məhsullarının hazırlanması, tanıtma işlərinin aparılması, program detallarının tamamlanması , ölkələrin qarşılanması, proqramın tətbiq olunması kimi bir çox mövzuda festival qrupuna köməkçi olaraq, mötəbər tədbirin baş tutmasına öz tövhələrini verəcəklər.

Qeyd edək ki, Avropa festivallar siyahısında ən üst sıralarda yer tutan "Beynəlxalq Bodrum Rəqs Festivalı"  2012 , 2013, 2014,   2015 və 2016-cı illər üzrə UNESCO-nun beynəlxalq tədbirlər siyahısına daxil edilib. Belə festival Avropada ilk dəfə 30 ölkənin iştirakı ilə keçirilir.

 

Fidan

Tarix
12 Aprel 2016 [14:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin