Ana səhifə
17 Noyabr 2018

İlham Əliyevin reytinqi - Bakıda

Prezident İlham Əliyevin reytinqi yüksək olaraq qalır. 
 

 

Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti dövlətimizin başçısını dəstəkləyir. Monitorinq Mərkəzinin məlumatına görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi.

Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi “İlham Əliyev sizin maraqlarınıza cavab verirmi” sualını müsbət cavablandırıb.

Rəyi soruşulanların 68 faizi isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.

“Omnibus” tipli ictimai rəy sorğusu cari il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4 faizdən çox deyil.

 

Tarix
3 Noyabr 2014 [15:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin