Ana səhifə
16 Noyabr 2018

Azərbaycanda problemli kreditlər artır

Azərbaycanda geri qaytarılmasında problemlər yaranan kreditlərin məbləği artıb. Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 973 milyon manat olub.

 

 

Ucnoqta.az xəbər verir ki, Fins.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% və yaxud 178 milyon manat çoxdur.

Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,4%-dən 5,5%-ə qalxıb.

İlin əvvəli ilə müqayisədə isə problemli kreditlər 22,8% və yaxud 180 milyon manat artıb.

2013-cü ilin yekunlarına görə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,1% olub.

Bir qədər əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır.

 

Tarix
3 Noyabr 2014 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin