Ana səhifə
15 Noyabr 2018

İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

Ucnoqta.azxəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğu qeyd edildi.

İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olundu.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Tarix
3 Noyabr 2014 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin