Ana səhifə
19 Noyabr 2018

Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb

85 yaşını qeyd edən uşaqların sevimli məkanı  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, belə ki, teatr 15-19 aprel tarixlərində Rusiya Federasiyasının  İvanov şəhərində baş tutacaq XI Beynəlxalq  “Muraveynik”   kukla teatrları festivalında çıxış edəcək. 
15-dən artıq kukla teatrının iştirak etdiyi festivalın proqramı zəngindir. Belə ki, teatr bayramında ölkəmizlə yanaşı ev sahibi Rusiyanın bir neçə məşhur kukla teatrı, həmçinin Türkmənistan, Qazaxıstan, Dağıstan və digər ölkələrin də kuklaçıları öz tamaşaları ilə çıxış edəcəklər. 

Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək kollektiv tamaşaçılar qarşısında teatrın uğurlu səhnə işlərindən olan “Ağ və Qara” tamaşasını göstərəcək. Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əiliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.  
Xatırladaq ki, artıq iki beynəlxalq festivalda uğurla təmsil olunan tamaşa  Kamran Şahmərdanın eyniadlı pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulub. Səhnə əsərində  kor uşağın taleyi, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qövvələrlə rastlaşması və  onlarla mübarizəsi öz əksini tapıb.


 

Tarix
9 Aprel 2016 [18:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin