Ana səhifə
19 Dekabr 2018

"Ölməyə yox, öldürməyə hazırıq"

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

 - Topaz Premyer Liqasının XXIX turunda “Kəpəz”i böyük hesabla (4:0) məğlub etdiniz. Nəticə sizin üçün gözlənilməz olmadı?
- Yaxşı hazırlaşmışdıq. “Kəpəz”in ağır komanda olduğunu bilirdik. Şükürlər olsun, istədiyimiz 3 xalı götürdük. Açığı, bizim üçün gözlənilməz nəticə idi.
 
- Böyükhesablı qələbənizdə azarkeşlərin yaratdığı atmosfer nə kimi rol oynadı?
- Bizim üçün sadəcə, qürurverici idi. Bəlkə də, ilk dəfə idi ki, stadionumuzda bu qədər azarkeş var idi. Bütün oyunlarda belə dəstək vermək lazımdı. Həm “Qarabağ” komandası, həm də Qarabağ münaqişəsi üçün çox azarkeş toplaşmışdı. Hər birinə minnətdaram, qarşılarında baş əyirəm. Bugünkü günə dəyər verib oyuna gəlmişdilər. Çox sağ olsunlar.
 
- İstərdiniz ki, hər matçda bu qədər azarkeş və bayraqlar görəsiniz?
- Əlbəttə. Bayraq qürurvericidi. Bunu mən də daxil olmaqla gənclərə, bütün nəsillərə aşılamalıyıq. Bayrağın nə qədər müqəddəs olduğu demək artıq olar. Belə tədbirlər, klubumuzun gördüyü işlər ölkəmizdə milli ruhun daha da oyanmasına dəstək olacaq.
 
- Yenidən oyuna qayıdaq. Belə asan qələbəni nə ilə bağlamaq olar?
- Yaxşı oynadıq. “Kəpəz”in də şansları oldu, amma istifadə edə bilmədilər. Biz də qol buraxmadan qələbə qazanmağı bacardıq. Bu, komandamızın, baş məşqçimizin sayəsində oldu. Hədəfimiz 3 xal qazanmaq idi. Hesabın fərqi yox idi.
 
- Razılaşın ki, “Kəpəz” də gözləniləndən zəif çıxış etdi...
- “Kəpəz”in oyunu haqda nəsə deməyim doğru çıxmaz. Onların son vaxtlar gördükləri işlər təqdirəlayiqdi. Onlar haqda neqativ fikir bildirmək istəmirəm. Məncə, “Kəpəz” bu mövsüm gözləniləndən də uğurlu çıxış edir.
 
- “Qarabağ” digər komandalardan bir baş güclü görünür. Bu, sizin güclənməyinizdən, yoxsa digərlərinin zəifləməsindən qaynaqlanır?
- Digər komandalar haqda danışmaq istəmirəm. Bu, kollektivimizin uğurudu. Daha yaxşı hazırlaşmışıq. Futbolda bu qədər problemlər olmasına baxmayaraq, bunlara fikir vermədən öz işimizi görürük. Bizi kənardan güclü göstərən də kollektivimizin birliyi, dostluğu, qardaşlığıdı.
 
- Sona 7 tur qalmış ilk “üçlüy”ü, demək olar ki, təmin etmisiniz. Belə erkən uğur qazanmağınız nə ilə bağlıdı?
- Bütün bunlar kollektivimizin uğurudu. Xırdalıqlara keçmək istəmirəm. Şükürlər olsun Allaha ki, bu nəticəyə gəlmişik. Sona qədər bunu qoruyub saxlamalıyıq.
 
- Artıq çempionluğa kökləndiyinizi demək olarmı?
- Xeyr, bu barədə düşünmürük. Aramızda belə bir söhbət olmayıb ki, artıq çempionuq. Sadəcə, işimizi görməyə çalışırıq. Baş məşqçinin tapşırığı hər həftə qarşılaşdığımız rəqibləri məğlub etməkdi.
 
- Son bir həftədə cəbhədə baş verən gərginlik sizə necə təsir etdi?

- Ölkəmizdə 24 il yatmış milli ruh, döyüş əzmi qayıtdı. Çox qürurlandım. Qarabağımızın azad olması üçün belə oyanış mütləq lazımdı. Bunlar olmasa, torpaqlarımızı geri qaytara bilmərik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar şəhid olmasaydılar, qəhrəmancasına vuruşmasaydılar, bu gün burda azad yaşaya bilməzdik. Əsgərlərimiz sağ olsunlar ki, bizi qoruyurlar. Allah onları qorusun. Əmr gəlsə, ölkə başçımız izn versə, biz də burdan çıxıb ölkəmiz, vətənimiz üçün ora yollanacağıq. İndiyə qədər belə halların yaşanmaması Ali Baş Komandanın məsələni sülh yolu ilə həllini istəməsindən irəli gəlirdi. Əlbəttə ki, münaqişə sülh yolu həll edilsə, daha yaxşı olar, ölüm-itim olmaz. Ancaq müharibə yolu ilə də olsa, işğal altında olan torpaqlarımızı azad edəcəyik. Ölməyə yox, öldürməyə hazırıq.

Tarix
9 Aprel 2016 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin