Ana səhifə
15 Noyabr 2018

Türkiyənin iki məşhur insanından Azərbaycana DƏSTƏK

Xəbər verdiyimiz kimi, Ağ Evin saytında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün imza toplama kampaniyası yaradılıb. Kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemdə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıb. Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır. Lazım olan imza sayı 100 min, hazırda toplanan imza sayı isə 76.421-dir. “Qafqazinfo” xəbər verir ki, artıq Türkiyədən də Azərbaycana dəstək gəlib. Belə ki, tanınmış aparıcı Acun Ilıcalı ilə futbolçu Arda Turan da petisiyanı imzalayıb.

Onlar bu barədə Tvitter hesablarında yazıblar: “Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı petisiyanı mən də imzaladım”. Oxucuların nəzərinə çatdırırıq ki, petisiyaya qoşulmaq istəyirsinizsə, bu linkə daxil olun.

 https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

Tarix
8 Aprel 2016 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin