Ana səhifə
16 Oktyabr 2018

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri  Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə məhkəməyə baxış iclası keçirilib. Q.Məhərrəmlinin vəkili Nicat Gözəlovun Modern.az saytına verdiyi məlumata görə, o, prosesin təxirə salınmasını istəyib: “Əslində məhkəmədə Moderator.az saytından da nümayəndə iştirak etməli idi, amma gəlməmişdi. Qaldırılan hər iki tələbin səbəbi eyni müsahibədir. Ona görə də, biz vəsatət verdik ki, Yasamal Rayon Məhkəməsindəki işlə bağlı faktiki qərar qəbul olunmadığından və eyniəsaslı olduğundan iş təxirə salınsın.

Çünki, məhkəmə baxışına çıxarılacağı təqdirdə biz vəsatət verəcəyik ki, icraat dayandırılsın. Çünki, bir əmələ görə 2-3 cəza ola bilməz”.

Vəkil məhkəmənin vəsatəti təmin etdiyini deyib: “Vəsatət təmin edildi və bildirildi ki, qarşı tərəf bəzi sənədlərin əslini iş materiallarına əlavə etməlidir”. Proses aprelin 25-dək təxirə salınıb.

A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.  A.Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib.

A.Alışanov ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Tarix
7 Aprel 2016 [22:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin