Ana səhifə
20 Sentyabr 2018

Azərbaycançılıq ideologiyası dünyanın ən mükəmməl ideologiyalarından biridir

Bu ideologiyasının mahiyyətində etnik mənsubiyyət, dini mənsubiyyət, dünyəvi mənsubiyyət ifadə olunur

Azərbaycançılıq ideologiyası müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı və mütəşəkkil metafizikası da mövcuddur. Belə ki, azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təbii şəkildə, “müdaxiləsiz” yaratdığı dəyərlər komponenti və ya kompleksi ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, fəlsəfəsini aydın dərk və ya ən azından, təsəvvür etmək üçün,  fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir: birincisi,  etnoqrafik qaynaqlar; ikincisi, təşəkkül dövrü; üçüncüsü, təkamül mərhələləri. Azərbaycançılıq ideologiyasının təkamülü baxımından ən mühüm hadisə  ondan ibarətdir ki, XX əsrdə “Azərbaycan” anlayışı həm siyasi, həm də intellektual-mədəni baxımdan kütləviləşib. Təhsilin, maarifin təşviq edilməsi, yayılması bunda böyük rol oynayıb. Lakin sovet dövründə kommunist ideologiyası ilk iki mərhələdə: türkçülüyə qarşı mübarizə mövqeyindən  antitürkçülük səviyyəsinə qalxıb; ateizm hərəkatı gücləndiyindən müsəlmançılıq “dindarlıq” səviyyəsində inkar olunub;  müasirlik dedikdə “yeni” – sosialist həyat tərzi başa düşülüb. "Azərbaycançılıq  ideologiyasının təkamül  tarixində nəzəri-praktik baxımdan önəmli olan üçüncü mərhələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayır, 80-ci illərinin sonlarında başa çatır. Bu, Heydər Əliyev mərhələsidir. Öz rəhbərlik fəaliyyəti və mübarizələri ilə Azərbaycan xalqının lideri səviyyəsinə yüksələn Heydər Əliyev “mərkəz”in bütün gözəgörünən və görünməyən yasaqlarına baxmayaraq İttifaq miqyasında “yumşalma” dövründən gələn inersiyanı Azərbaycanda milli özünüdərk və özünütəsdiq prosesinin daha da  güclənməsinə istiqamətləndirib. O, həqiqi milli lider olaraq, xalqın gələcək müstəqilliyi üçün hər cür-iqtisadi, siyasi, mədəni-mənəvi potensialın yaranmasını təmin edib. Azərbaycançılıq ideologiyasının təkamül tarixinin dördüncü mərhələsinin əvvəllərində Sovetlər Birliyinin dağılması, ümumən dünyada gedən qlobal ictimai-siyasi proseslər Azərbaycanı müstəqillik yollarına çıxardı. İlk illərdə – 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkədə böyük faciələr, dağıntılar baş versə də, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə respublika, sözün geniş mənasında bəlalardan xilas oldu",-professor Nizami Cəfərov bildirib. Onun sözlərinə görə,
Azərbaycan xalqının ümummilli lideri azərbaycançılıq ideologiyasının təkamül tarixinin üçüncü mərhələsində başladığı işləri dördüncü mərhələdə - müstəqillik illərində daha inamla davam etdirib. Ən mühüm tarixi hadisə o oldu ki,  ulu öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumiyyətlə isə, müstəqil dövlətimizin memarı və qurucusu azərbaycançılıq ideologiyasının həm həyata keçirilməsi, həm də zənginləşməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi.
Ümummilli lidekr Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir."
Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi. Onun əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. 
Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri əsaslarını yaradıb. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, maraqlarını qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olub. 
O,1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə gələndə bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu müraciətdə tezislər şəklində həmin dövrün ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə baş verən hadisələr və cərəyan edən proseslərin xarakteri, Azərbaycanın daxili vəziyyəti, başlanmış iqtisadi, siyasi və milli böhran və ondan çıxış yolları və s. taleyüklü məsələlər özünün əsl elmi-nəzəri cavabını tapmışdır.
Heydər Əliyevin dövlət təlimində güclü dövlət anlayışı və özünün bütün atributları ilə birgə onun iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Onun düşündüyü güclü dövlət təkmil mərkəzi və yerli idarəetmə mexanizmi, ictimai-siyasi həyatı sabit, işlək qanunları, ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən və qabiliyyətinə görə proseslərə cəlb edilən, milli birliyə malik bir sistem tələb edirdi. 
Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin. O, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi. 
Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim -azərbaycançılıq ideologiyasını da yaratdı. 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyli Azərbaycanda sözün həqiqi mənasında ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamamasından irəli gəlirdi.
(ardı var)

Tarix
7 Aprel 2016 [19:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin