Ana səhifə
20 Noyabr 2018

İlham Əliyev fransalıları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3- də Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

Ucnoqta.azxəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, yüksək səviyyədə keçirilən görüşlərin, o cümlədən Fransaya son səfəri zamanı Prezident Fransua Ollandla keçirdiyi görüşün əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini dedi. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu qeyd edən Jan-Fransua Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Trend

Tarix
3 Noyabr 2014 [14:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin