Ana səhifə
19 Noyabr 2018

Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

Bu gün 1 noyabr- “Kənd Təsərrüfatı İşçiləri Günü” ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilmişdir.

 

 

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Tədbir iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Tədbirdə çıxış edən kənd təsərrüfaı naziri Heydər Əsədov kənd təsərrüfatı sahəsində çalışanları “Kənd Təsərrüfatı İşçiləri Günü”  münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Nazir ulu öndər Heydər Əliyevin dövründə kənd təsərrüfatının iqtisadiyyatın ən aparıcı sahələrindən biri olduğunu, həmin dövrdə kənd əməkçilərinin zəhmətinin ittifaq miqyasında dəyərləndirildiyini, əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasətin cənab Prezident  İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının kənd təsərrüfatı sahəsinə böyük önəm verdiyini və ölkə əhalisinin əksəriyyətinin bu sahədə çalışdığını qeyd edərək aqrar sahədə əldə olunmuş nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan ətraflı danışmışdır.  

Nazir qeyd etmişdir ki, yaxın zamanlarda rayonlarda nazirliyin ərazi kənd təsərrüfatı idarələrinin inşası başa çatacaq, baytarlıq, diaqnostik kabinetlər üzrə laboratoriyalarımız təmir ediləcək, süni mayalama mərkəzlərinin tikintisinə başlanılacaq, heyvan kəsim məntəqələri, yaşıl marketlər tikilib gələn ilin əvvəlinə hazır olacaqdır. İlkin olaraq bir neçə rayonda mal bazarlarının inşasına başlanılıb və bu sınaqdan keçdikdən sonra genişlənəcək və çox ciddi nailiyyətlər əldə olunacaq.

Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini deyən nazir bildirmişdir ki, kənd təsərrüfatının inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vacib məsələdir.

Qarşıda duran vəzifələrdən danışan nazir Heydər Əsədov bütün imkanlardan istifadə edərək canəb Prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlərin əldə olunması üçün öz səylərini əsirgəməyəcəyini bildirmişdir.

Nazir müavini İlham Quliyev “Aqrar sahənin dinamik inkişafı” mövzusunda çıxış edərək kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barədə geniş məlumat vermişdir.

Çıxış edən alim və fermerlər də aqrar sahədə aparılan islahatlardan, görülən işlərdən danışmış, dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, bundan sonra da qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlarını bildirmişlər.

 

Bəhruz

Tarix
3 Noyabr 2014 [13:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin