Ana səhifə
24 Sentyabr 2018

“Azərbaycan musiqiçiləri başqa haradan gəlir əldə edirlər?”

Müğənni Ayaz Qasımov sənətindəki planlarından danışdı. Sənətçinin “Üç nöqtə”yə açıqlamasına görə, yeni mahnısını təqdim edəcək: “İnşallah “Bilmədim” adlı mahnımın təqdimatı olacaq.

 

Mahnıya klipi İncəsənət Universitetinin tələbələri  çəkəcəklər. Onların yaxşı bir iş ortaya çıxaracaqlarına güvənirəm. Bəzi rejissorlar özləri özlərini təkrarlayırlar. Buna görə də gənclərə üstünlük verməyə qərar verdim. Klipdən sonra iki fotessesiyamız olcaq, iki albom təqdim edəcəm. Albomu 2006-2008-ci illərdə təqdim etmişəm. Albomun birinə 2008-ci ildən bu günə qədər ifa etdiyim mahnılar, ikinci alboma isə heç yerdə eşitməyəcəyiniz mahnılar daxil olacaq. Bu işlərim bəstəkar Vüqar Camalzadənin təşkilatçılığı ilə olacaq”.

 

Müğənni “Toylara yox deyək” kampaniyasına da qarşı çıxdı: “Toylara niyə yox deyirlər? Azərbaycan musiqiçiləri başqa haradan gəlir əldə edirlər? Konsertdən gəlir yoxdu. Şou-proqramlar da gəlir gətirmir. Hazırda heç bir şou-proqrama getmirəm. Dəvət aldığımız yalnız gözəl məclislər, toylardı. Düşünürəm ki, toyları da toyxanaya çevirmirəm.  Keyfiyyətli musiqilər təqdim etməyə çalışıram. Düzdü, yeməklərdə israfçılıq var. Biz restoranlarda dəfələrlə oluruq və israfçılığın fərqinə varırıq. Yeməklər artıqlaması ilə stollarda qalır. İsrafçılğın qarşısının alınması ilə razıyam. Amma sırf toylara qarşı çıxmaq düzgün deyil axı.  Toy bizim qədim adət-ənənmizdi və hər bir gənc mütləq evlənməlidir”.

 

 

 

Rəqsanə

Tarix
3 Noyabr 2014 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin