Ana səhifə
24 Sentyabr 2018

Azərbaycan dili əsas ünsiyyət vasitəsidir, dövlət dilidir

Buna nail olmağımızda ümummilli lider Heydər Əliyevin böyük rolu olub
Bu gün hər birimiz fəxr edirik ki, Azərbaycanda hamı doğma dilində danışır. Azərbaycan dili əsas ünsiyyət vasitəsidir, dövlət dilidir, yazışmaların hamısı bu dildə keçirilir. Buna nail olmağımızda ümummilli lider Heydər Əliyevin böyük rolu olub. O, vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlət quruculuğu üçün azərbaycançılıq ideologiyasını yeni zirvəyə qaldırarkən tarixi təcrübəni nəzərə alaraq onun vəhdətinə nail olub. Heydər Əliyev bu zaman həm Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini yeni müstəvidə inkişaf etdirib, həm də XX əsrin əvvələrindəki ana dili mücadilələrini əsas götürərək dövlət müstəqilliyimizin vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlət qurucuüluğu prosesində azərbaycançılıq ideologiyasını sivil inkişafımızın onurğa sütununa çevirə bilib. Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tutub. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq, söykənərək, böyük perspektivlərə istiqamətlənib. Təsadüfi deyil ki, Heydər Əliyev: "Hər bir millətin dili onun üçün çox əzizdirr. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da ols, çox da olsa xidmətini göstərmişdi. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasın, Azərərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik.”,-deyirdi.
Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görüb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirib. Onun bu mövzuda çoxsaylı fikirlərindən birini xatırlamaq istərdik: «Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu,təkçə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir».
Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb.
Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açıb və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri edib. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirib. Sonrakı proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Heydər Əliyev fəxarətlə deyirdi: "Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır". 
Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanıb. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq ölkədə güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.
Heydər Əliyevin dövlət quruculuğunda dil siyasəti və onu inkişaf etdirmək haqqında söylədiyi fikirləri belə ümumiləşdirmək və səciyyələndirmək olar:1) xalqının mənəvi varlığı kimi ana dilini - Azərbaycan dilini sevmək, 2) ana dilini dərindən və mükəmməl öyrənmək,  ana dilinin tədrisini yüksəltmək və onu intensivləşdirmək, 3) dilin zəngin lüğət tərkibindən və söz ehtiyatından bacarıqla istifadə etmək, 4) dilin qayğısına qalmaq, onun saflığını qorumaq, onunla fəxr etmək, 5) dilimizin-nitqimizin gözəlliyini duymaq, öyrənmək, mənimsəmək və bu gözəlliyi hər zaman hər yerdə təbliğ etmək, bu dildə düzgün danışmaqla hamıya nümunə olmaq.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.”
Onun dövlət dilimizin adı sahəsində gördüyü işlər ölkəmizin, halqımızın, millətimizin, dövlətimizin adına uyğun olaraq, dövlət dilimizin adının da Azərbaycan dili olması ilə nəticələndi. Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib.

 

Tarix
5 Aprel 2016 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin