Ana səhifə
22 Noyabr 2018

«Azərikimya» tennis turniri keçirib

«Azərikimya» İB-nin təşkilatçılığı ilə stolüstü tennis üzrə turnir keçirilmişdir

     

                                                         

Ucnoqta.az xəbər verir ki, İB-nin təşkilatçılığı ilə Sumqayıtın bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında stolüstü tennis üzrə ənənəvi turnir keçirilmişdir.Dairəvi sistem üzrə keçirilən yarışlarda «Azərikimya» İB-nin baş ofisinin, Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin, Sumqayıt şəhər Təhsil şöbəsinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının, Respublika Qızıl Aypara Cəmiyyətinin və YAP Sumqayıt şəhər təşkilatının, ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinin və Qafqaz Universitetinin ”Yaşıl kimyaçılar”ı da daxil olmaqla 12 komanda təmsil olunmuşdur. Gərgin rəqabət və idman mübarizəsi şəraitində keçən yarışlarda Sumqayıt Dövlət Universitetinin komandası qalib olmuşdur. «Azərikimya» İB-nin idmançıları 2-ci, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin və Sumqayıt şəhər Təhsil şöbəsinin komandaları isə müvafiq olaraq 3 və 4-cü yerləri tutmuşlar. «Azərikimya» İB Müşahidə Şurasının sədri Muxtar Babayev qalib komandaları təbrik etmiş, İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qaliblərə fəxri diplomlar və pul mükafatları təqdim olunmuşdur.

 

Tarix
3 Noyabr 2014 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin