Ana səhifə
21 Sentyabr 2018

İŞİD Kobaniyə Azərbaycandan snayperlər aparıb

Türkiyə üzərindən peşmərgələrin YPG yaraqlılarına (PKK-nın qolu) kömək üçün Suriyaya keçməsindən sonra “İslam Dövləti” (İŞİD) bir aydan çoxdur qanlı döyüşlərin getdiyi Kobaniyə nəzarəti ələ keçirmək üçün hücumları şiddətləndirib.

 

Ucnoqta.azxəbər verir ki, Virtualaz.org saytının Türkiyə qaynaqlarına istinadən məlumatına görə, peşmərgələrin və Azad Suriya Ordusu yaraqlılarının köməyə getməsindən sonra İŞİD qüvvələrini Kobanidən vurub çıxarmaq üçün hücum hazırlıqları aparılır.

Lakin İŞİD kürd yaraqlıları qabaqlayaraq Türkiyə ilə sərhəddəki Murşitpınar sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirmək, beləliklə də Kobanini tam mühasirəyə almaq üçün hücumları bu  nöqtəyə yönəldib.

Bu hücumlar zamanı İŞİD həm kamikadze hücumlarından, həm də snayperlərdən istifadə etməyə başlayıb. Xəbərə görə, İŞİD-in Azərbaycan, Çeçenistan və Özbəkistandan çoxlu sayda peşəkar snayper aparıb və onların köməyi ilə YPG yaraqlılarının mövqelərini müntəzəm atəş altında saxlayır.

Həmçinin bomba yüklü maşınlarla həyata keçirilən kamikadze hücumlarına daha asan həyata keçirilən motosikletli bomba hücumları əlavə olunub.

Peşmərgə və Azad Suriya Ordusunun köməyə gedən dəstələri, habelə beynəlxalq koalisiyanın endirdiyi hava zərbələri hələlik Kobanidəki vəziyyəti əsaslı şəkildə dəyişdirə bilməyib. Tərəflər uzaqvuran silahlarla bir-birinin mövqelərini hədəf alır.

YPG silahlılarının bazar günü Kobanidə ilk dəfə İŞİD mövqelərinə reaktiv artilleriya sistemlərindən atəş açdığı, azı 15 İŞİD-çinin öldüyü xəbər verilir. Onların arasında İŞİD-in Səudiyyə Ərəbistanından olan yüksək rütbəli komandiri də var.

 

Tarix
3 Noyabr 2014 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin