Ana səhifə
20 Noyabr 2018

Ombudsmanın nümayəndələri həbsdəki jurnalistlə görüşüblər

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri bu günlərdə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) qısamüddətli başçəkmə həyata keçirmiş, MPQ-nin həkim üzvü də iştirak edib.

 

Ucnoqta.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, başçəkmənin məqsədi saxlanılma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
İHOSM-də saxlanılan 39 şəxslə, o cümlədən Xalid Qarayevlə görüş keçirilmiş, onların saxlanılma şəraiti və qida ilə təmin olunması, göstərilən rəftar araşdırılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilmişdir. Həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və yeməklərin keyfiyyəti ilə bağlı şikayət etməmiş, vəkilləri və ailə üzvləri ilə əlaqə saxladıqlarını bildiriblər.
MPQ-nin üzvləri tərəfindən əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra olunduğu müəyyən edilib.
Belə ki, müəssisənin əsaslı təmir olunaraq müasir standartlara uyğunlaşdırıldığı, kameraların, sanitar-gigiyenik və duş otaqlarının sayının artırıldığı, bütün kameralarda televizorların quraşdırıldığı, kameraların havalandırma sisteminin tamamilə dəyişdirildiyi, saxlanılan şəxslərin yaxınları ilə görüşməsi üçün görüş yerlərinin istifadəyə verilməsi müsbət dəyərləndirilib.
MPQ üzvləri tərəfindən saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Xalid Qarayev "Azadlıq" qəzetinin jurnalistidir.

Tarix
3 Noyabr 2014 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin